Ukrayna ABŞ-la dörd ikitərəfli saziş imzalamağı planlaşdırırbackend

Ukrayna ABŞ-la dörd ikitərəfli saziş imzalamağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ABŞ-la dörd ikitərəfli saziş imzalamağı ümid edir, bunlara silah tədarükü və dron istehsalı da daxildir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Rada telekanalına açıqlamasında bildirib.

“Bizim üçün çox mühüm sənədlərin razılaşdırılması və imzalanması vacibdir”, – deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, ilk növbədə bu sənədlər ABŞ-dan Ukraynaya silah tədarükünü əhatə edir. Bundan əlavə, Kiyev Vaşinqtonla dronların tədarükü və birgə istehsalı barədə razılaşmaq istəyir. Həmçinin ABŞ-la azad ticarət və təhlükəsizlik zəmanətləri üzrə sazişlər nəzərdə tutulur. Yermak əlavə edib ki, ukraynalı nümayəndə heyəti bu həftə ABŞ-a səfər edərək dörd sənəddən ikisi üzrə danışıqlar aparacaq.

Eyni zamanda Yermak Ukraynadan Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla birlikdə ABŞ-a səfər edəcəyini elan edib. Həmçinin Ukraynanın baş naziri Yuliya Svırıdenkonun da ABŞ-a səfəri planlaşdırılır.