Kiyev Aİ ilə Ukraynaya 35 milyard avroya qədər makromaliyyə yardımı ayırmaq üçün kredit sazişi imzalayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi bildirib.
Departamentin məlumatına görə, bu pul təcili kredit proqramı üçün G7 təşəbbüsünün bir hissəsidir.
“Makromaliyyə yardımının yekun həcmi təşəbbüsün bütün tərəfləri tərəfindən kreditlərin məbləği təsdiqləndikdən sonra müəyyən ediləcək”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl Aİ və Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə edərək Kiyevə 18,1 milyard avro verilməsi barədə memorandum imzalayıb.