Ukrayna Ali Radanın deputatını axtarışa veribbackend

Ukrayna Ali Radanın deputatını axtarışa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Dövlət Təhqiqatlar Bürosu Ali Radanın deputatı Artyom Dmitruku beynəlxalq axtarışa verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, mülki vətəndaşlara və hüquq-mühafizə orqanının əməkdaşına hücum, insan həyatına sui-qəsd, qanunsuz olaraq silah ələ keçirilməsi, eləcə də sərhədi qeyri-qanuni yolla keçməkdə ittiham edilir.