Ukrayna tezliklə Almaniyadan daha bir “Patriot” zenit-raket kompleksi (SAMS) alacaq. Hazırda bu hava hücumundan müdafiənin iki bölməsi döyüş növbətçiliyindədir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bildirib .
“Bizdə məlumat var ki, bu gün döyüş növbətçiliyimiz olan iki “Patriot” diviziyamız var. İndi məlum olub ki, Almaniya daha bir kompleks verəcək”.
İqnat Ukraynanın müdafiəni təmin etmək üçün daha çox sistemə ehtiyacı olduğunu vurğulayıb.