Ukrayna Almaniyadan “Taurus” raketlərini almaqda israrlıdırbackend

Ukrayna Almaniyadan “Taurus” raketlərini almaqda israrlıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Almaniyadan “Taurus” raketlərini almaqda israrlıdır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Almaniyanın “Tagesschau” televiziya kanalına müsahibəsində deyib.

O bildirib ki, bu, cəbhədəki vəziyyətə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Nazirin sözlərinə görə, Ukrayna diqqətini sürətlə silah tədarükünə yönəltməlidir: “Ukraynanın tərəfdaşlardan əlavə dəstəyə ehtiyacı var. Bu yardımın gücləndirilməsi ədalətli sülhün daha tez bərqərar olmasına kömək edəcək”.

Baş diplomat müttəfiqlərin güclü qərarlar qəbul edəcəyinə, xüsusən də uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətlərin götürülməsinə ümid etdiyini bildirib.

O, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçməsindən sonrakı dövrü Ukrayna üçün şans kimi qiymətləndirib.

Qeyd edək ki, daha əvvəl Almaniya Sosial Demokrat Partiyası (SPD) Berlində keçirilən federal konqresində Kiyevi “Taurus” qanadlı raketləri ilə təmin etməkdən imtina bəndini özündə əks etdirən seçki proqramını təsdiqləyib.

Xatırladaq ki, Kiyev uzun müddətdir ki, Berlindən təqribən 500 km uçuş məsafəsinə malik “Taurus” raketlərini istəyir. Olaf Şolts mövcud vəziyyətin daha da gərginləşməsindən qorxaraq onların Ukraynaya təhvil verilməsi ehtimalını dəfələrlə rədd edib.