Ukrayna ABŞ-a SVO zonasında qeyd-şərtsiz atəşkəs təklifi təqdim edib.
NOCOMMENT.az xəbər verir ki, bunu “Rada” telekanalının efirində Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müavini İqor Brusilo deyib.
“Bu atəşkəs qeyd-şərtsiz olmalıdır, çünki o, danışıqlar masası arxasında oturmaq imkanı verəcək. Bu danışıqlar zamanı bütün digər mərhələlər qeyd olunacaq”, – Ukrayna rəsmisi bildirib.
O, həmçinin etiraf edib ki, danışıqların növbəti mərhələsində tərəflər əsirlərin mübadiləsini davam etdirə bilərlər.