Ukrayna Avroviziya kubokunu PUA almaq üçün satırbackend

Ukrayna Avroviziya kubokunu PUA almaq üçün satır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avroviziya – 2022” mahnı müsabiqəsinin qalibi olan Ukraynanın Kaluş orkestri onlara verilən kuboku 900 min dollara satıb.

NOCOMMENT xəbər verir ki, İtaliyanın Turin şəhərində keçirilən yarışda birinci yerə çıxan musiqi qrupu Rusiyaya qarşı müharibədə Ukrayna ordusuna dəstək olmaq məqsədilə Avroviziya kubokunu sosial şəbəkə hesabında satışa çıxarıb.

Bildirilib ki, satışdan əldə olunan vəsait Ukrayna ordusunun PUA almasına sərf olunacaq. Bu addım sosial şəbəkələrdə müsbət qarşılanıb.

Xatırladaq ki, 14 may tarixində İtaliyanın Turin şəhərində keçirilən ​​Avroviziya Mahnı Müsabiqəsinin qalibi Ukrayna olub.