Ukraynanın energetika nazirinin müavini Nikolay Kolesnik Azərbaycana səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazovla Azərbaycanın Kiyevin enerji layihələrində iştirak imkanlarını müzakirə edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Nikolay Kolesnik Pərviz Şahbazovu Ukraynanın növbəti istilik mövsümünə hazırlığının gedişi ilə bağlı tanış edib”, – məlumatda deyilir.
Qeyd olunur ki, bu kontekstdə enerji layihələrinin hazırlanmasında əməkdaşlıq imkanları müzakirə olunub.
Bundan əlavə, Kiyev Bakı ilə “enerji bazarlarının inkişafı və Ukraynanın enerji dayanıqlığının təmin edilməsi sahəsində əməkdaşlığı” müzakirə edib.