Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini yeniləyibbackend

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini yeniləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 20 800-ə yaxın hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 802 ədəd tankı, 2 063 ədəd zirehli döyüş maşını, 386 ədəd artilleriya sistemi, 132 ədəd reaktiv yaylım atəş sistemi, 67 hava hücumundan müdafiə sistemi, 169 ədəd hərbi təyyarəsi, 150 ədəd helikopteri, 1 495 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 158 ədəd dronu, 27 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.