Ukrayna: Baxmut istiqamətində bəzi yerlərdə irəlilədikbackend

Ukrayna: Baxmut istiqamətində bəzi yerlərdə irəlilədik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar son 24 saat ərzində Ukrayna ordusunun bəzi yerlərdə 200-1100 metr arasında Baxmut istiqamətində irəlilədiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Malyar, sosial media hesabından verdiyi açıqlamada ölkənin şərq cəbhəsindəki vəziyyəti dəyərləndirib.

Şərqin qarşıdurmaların mərkəzi olmaqda davam etdiyini bildirən Malyar, “Əsgərlərimiz Baxmut bölgəsində müdafiədən hücuma keçdi. Son gündə Baxmut istiqamətində bəzi yerlərdə 200 ilə 1100 metr arasında irəlilədik” deyə o qeyd edib.

Rusların sözügedən istiqamətdə müdafiəyə keçərək mövqelərini qorumağa çalışdıqlarını qeyd edən Malyar, “Düşmən hazırda özünü müdafiə etmək üçün ehtiyatlarını dərinliklərdən bu bölgəyə çəkir” deyə açıqlama verib.

NOCOMMENT.AZ