Ukrayna: Bəhmut istiqamətində 1400 metr irəliləyə bildikbackend

Ukrayna: Bəhmut istiqamətində 1400 metr irəliləyə bildik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin Şərq qüvvələrinin sözçüsü Sergey Çerevatıy bildirib ki, Ukrayna ordusu Bəhmut istiqamətində 1400 metr irəliləyib.

NOCOMMENT xəbər verir ki, Çerevatıy televiziya proqramında şərq cəbhəsindəki vəziyyətlə bağlı açıqlama verib.

Ukrayna ordusunun Bəhmut istiqamətində irəlilədiyini bildirən Çerevatıy, “Son günlərdə cəbhə xəttinin müxtəlif yerlərində 1400 metrə qədər irəliləməyi bacardıq. Düşmən fəal müdafiə aparır və qoşunlarımızı vurur”, – deyə o bildirib.

Son sutka ərzində Bəhmut istiqamətində 6 toqquşma yaşandığını qeyd edən Çerevatıy, rusların Ukrayna əsgərlərinə qarşı 330 top və 8 hava hücumu təşkil etdiyini bildirib.