Ukrayna bu ay Rusiyanın hücumunu gözləyirbackend

Ukrayna bu ay Rusiyanın hücumunu gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəzifəsini tərk etmək üzrə olan Ukraynanın müdafiə naziri yaxın günlərdə Rusiyanın yeni hücumunu gözlədiklərini bildirib.

NOCOMMENT-in məlumatına görə, mətbuat konfransı keçirən Oleksiy Reznikov qərbli müttəfiqlərinin göndərdiyi bütün silahların o vaxta qədər gəlib çatmayacağını, lakin onların Rusiya qüvvələrini saxlamaq üçün kifayət qədər ehtiyata malik olduğunu bildirib.

Ukrayna lideri Volodimir Zelenski bəyan edib ki, Ukrayna qüvvələri şərqdə Baxmut, Vuhledar və Limanda ağır döyüşlər aparır.

Zelenskinin partiyasından olan siyasətçi bildirib ki, Reznikovun yerinə Hərbi Kəşfiyyat rəisi Kirilo Budonov gətiriləcək. Yeni təyinat qərarı Müdafiə Nazirliyini sarsıdan bir sıra korrupsiya qalmaqallarından sonra verilib. Reznikov bəzi KİV-lərdə bəzi müdafiə nazirliklərinin rəsmilərinin ordu üçün ərzaq alışında korrupsiyaya yol verməsi ilə bağlı xəbərləri təkzib edib.