Ukrayna daha 140 hərbçisini geri qaytardıbackend

Ukrayna daha 140 hərbçisini geri qaytardı  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 31-də Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi həyata keçirilib.

NOCOMMENT.az xəbər verir ki, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın verdiyi məlumata görə daha 140 hərbçi Ukraynaya qaytarılıb.

“Yeni ildə biz təkcə düşmənin raket hücumlarını dəf etmirik, həm də insanlarımızı geri qaytarırıq. Bu, həyata keçirilən daha bir böyük mübadilədir”, – deyə Yermak qeyd edib.