Ukrayna dairəsində tikinti işləri tam başa çatdıbackend

Ukrayna dairəsində tikinti işləri tam başa çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna” dairəsində turbo tipli dairənin təşkili layihəsi çərçivəsində işlər davam etdirilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, tikinti işləri tam başa çatıb, nəqliyyat adacıqları inşa edilib.

“Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün panduslar təşkil olunub. Hazırda yol nişanları quraşdırılır, nişanlanma xətləri çəkilir və parklanma yerləri yaradılır”, – qurumdan qeyd edilib.\\Axar.az