Ukraynanın müdafiə sənayesi şirkətləri Danimarkada silah istehsalına başlayacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye sahələri üzrə naziri Qerman Smetanin özünün Telegram kanalında məlumat verib.
“Bu gün Kopenhagendə Danimarkanın sənaye naziri Morten Bodskov ilə tarixi bir saziş imzaladıq. Bu saziş Ukrayna müdafiə istehsalatının Danimarka ərazisində qurulmasına yol açır”, – deyə Smetanin bildirib.
Qeyd olunur ki, Danimarka Ukraynanın müdafiə texnologiyalarını ixrac edəcəyi ilk ölkə olub.