Ukrayna Donbası Rusiyaya verir? –  Trampın GİZLİ PLANI ifşa oldubackend

Ukrayna Donbası Rusiyaya verir? –  Trampın GİZLİ PLANI ifşa oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Ukraynanı danışıqlar masasına oturmağa çağırıb.

Belə ki, onun fikrincə, hələ gec deyil və Kiyev Rusiya ilə razılığa gəlməlidir. Bu çağırışlar belə bir təəssürat yaradır ki, guya Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlardan yayınır.

Halbuki indiyədək keçirilən bütün danışıqlarda Ukrayna tərəfi iştirak edib.

Bu halda Trampın bu fikirləri səsləndirməkdə əsas məqsədi nədir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Trampın mesajı əslində Ukraynanın Donbası tam şəkildə Rusiyaya verməsi və kapitulyasiya aktına imza atması anlamına gəlir.

Məhəmməd Əsədullazadə

Ekspertin sözlərinə görə, bu ssenari baş verərsə, Tramp özünü “sülh gətirən lider” kimi təqdim edə və Rusiyanın 12 trilyon dollarlıq birgə iqtisadi əməkdaşlıq təklifini qəbul edə bilər. Hazırda ABŞ prezidenti Zelenskini Rusiyanın şərtləri ilə razı salmaq üçün ona yenidən təzyiq göstərir.

Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ ilə Ukrayna məsələsində razılığa gələn Rusiya bundan sonra region ölkələrinə, o cümlədən Azərbaycana qarşı təzyiqləri artırmağa çalışır.

“Moskva Ukrayna ilə bağlı mövqeyini gücləndirdikcə, qonşu dövlətlərə qarşı daha sərt siyasət yürüdür.

Əgər Rusiya Ukraynada qalib gələrsə, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarına qarşı hərbi və siyasi təzyiqlərini artıracaq. Hazırda isə Trampın Ukrayna ilə bağlı siyasətinə Böyük Britaniya və Avropa İttifaqı ciddi mane olur. Nə qədər ki, bu qüvvələr danışıqlar prosesindən kənarda saxlanılır, ABŞ və Rusiyanın Ukrayna ilə bağlı gizli sövdələşməsi baş tutmayacaq”, – deyə politoloq vurğulayıb.

Ekspertin fikrincə, Trampın son açıqlamaları sülh çağırışından daha çox, Ukraynanı güzəştə məcbur etməyə yönəlmiş siyasi təzyiq strategiyasının tərkib hissəsidir.

Tunar
NOCOMMENT.az