Ukrayna günə partlayış səsləri ilə başladıbackend

Ukrayna günə partlayış səsləri ilə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevin meri Vitali Kliçko şəhərdə partlayışların olduğunu bildirib.

NOCOMMENT xəbər verir ki, Kliçko öz Telegram hesabında “Paytaxtın Holosiiv rayonunda partlayışlar var. Ətraflı məlumat sonra” yazıb.

Digər tərəfdən, Xarkov qubernatoru Oleq Sinegubov Rusiya qüvvələrinin Xarkov şəhəri və bölgəsinə hücumlar təşkil etdiyini açıqlayıb.

“Düşmən şəhər və rayona 15-ə yaxın hücum həyata keçirib. Kritik infrastruktur obyektləri hələ də işğalçıların hədəfi altındadır”, – Sinegubov açıqlamasında bildirib.

Ukraynanın Odessa vilayətinin qubernatoru Maksim Marçenko Telegram hesabında verdiyi açıqlamada: “Geniş miqyaslı raket hücumu nəticəsində bölgənin enerji infrastrukturu və yaşayış binaları raketlərlə vurulub. Xoşbəxtlikdən itki olmayıb”.

Ukraynanın bir çox bölgəsində hava hücumu xəbərdarlığı saatlarla davam edib.