Ukrayna hakimiyyəti BVF ilə yeni tranşla bağlı ilkin razılığa gəlibbackend

Ukrayna hakimiyyəti BVF ilə yeni tranşla bağlı ilkin razılığa gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Valyuta Fondu (BVF) və Ukrayna hakimiyyət orqanları ölkə iqtisadiyyatının səkkizinci baxışı çərçivəsində ilkin şərtlərlə bağlı razılığa gəliblər. Yekun təsdiqdən sonra Kiyev 2023-cü ildə başlayan Genişləndirilmiş Fond Proqramı çərçivəsində 500 milyon dollarlıq yeni tranş alacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BVF məlumat yayıb.

Fond aydınlaşdırıb ki, İcraçı Direktorlar Şurasının təsdiqindən sonra Ukrayna 0,5 milyard dollar ala biləcək. Bu, proqram çərçivəsində ödənişlərin ümumi həcmini 10,65 milyard dollara çatdıracaq.