Ukrayna hərbi planlaşdırma ilə bağlı problemlərin səbəbini açıqlayıbbackend

Ukrayna hərbi planlaşdırma ilə bağlı problemlərin səbəbini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Avropa və Avro-Atlantika inteqrasiyası üzrə vitse-prezidenti Olqa Stefanişina bildirib ki, tərəfdaşlardan maliyyə yardımının olmaması Kiyevin büdcə likvidliyinə və hərbi planlaşdırmasına zərbə vurub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Stefanişina vurğulayıb ki, Kiyev hazırda maliyyələşdirmə ilə bağlı fövqəladə vəziyyət planları hazırlayır.

Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Nümayəndələr Palatasının Ukrayna, İsrail və Tayvana maliyyə ayrılmasına dair qanun layihəsi ilə bağlı qərar qəbul etmədən fevralın 28-dək tətilə gedəcək.

Fevralın 14-də ABŞ Konqresinin Nümayəndələr Palatasının bunu dəstəkləmək niyyətində olmadığı bildirilib. Parlamentin Aşağı Palatasının spikeri Mayk Conson deyib ki, irəli sürülən qanun layihəsi Amerika sərhədində nəzarəti təmin etmək üçün heç nə etmir. Onun sözlərinə görə, respublikaçıların rəhbərlik etdiyi Nümayəndələr Palatası bu məsələ ilə bağlı təzyiqlərə boyun əyməyəcək.

Fevralın 13-də ABŞ Senatında Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım ayrılması haqqında qanun layihəsi kifayət qədər səs toplayıb.