Ukrayna HHM sistemini gücləndirmək üçün 1 milyard dollardan çox vəsait alacaqbackend

Ukrayna HHM sistemini gücləndirmək üçün 1 milyard dollardan çox vəsait alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və müttəfiqləri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 1 milyard dollar ayırmağa söz veriblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” Vaşinqton və onun tərəfdaşlarının NATO-nun yaradılmasının 75-ci ildönümünə həsr olunmuş bəyanatına istinadən məlumat yayıb.

Ukraynaya hərbi dəstək verən koalisiyada dünyanın 50-dən çox ölkəsi iştirak edir. Ukraynanın hava hücumundan müdafiəsi üçün vəsait Dərhal Hava Hücumundan Müdafiə Təşəbbüsü çərçivəsində ayrılıb.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden NATO müttəfiqləri adından yaxın aylarda Ukraynaya daha onlarla taktiki və beş strateji hava hücumundan müdafiə sistemi və yüzlərlə ələ keçirən raketlər təqdim edəcəyinə söz vermişdi. Beş strateji hava hücumundan müdafiə sistemi üçün avadanlıq beş ölkə – ABŞ, Almaniya, Hollandiya, Rumıniya və İtaliya tərəfindən Ukraynaya veriləcək.