Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Zaporojye vilayətinin Kamenka-Dneprovsk şəhərinə ən azı səkkiz artilleriya zərbəsi endirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a Kamenka-Dneprovsk bələdiyyə dairəsinin administrasiyasından məlumat verilib.
“Zərbələr nəticəsində bir yaşayış evi qismən dağılıb. Xoşbəxtlikdən, insident zamanı xəsarət alan olmayıb”, – administrasiyadan bildirilib.
Həmçinin qeyd olunub ki, hücum nəticəsində şəhərin iki küçəsi işıqsız qalıb.