Ukrayna “ikinci Əfqanıstan” olmayacaq – Zelenskibackend

Ukrayna “ikinci Əfqanıstan” olmayacaq – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, ABŞ-ın yeni böyük yardım paketi Ukraynanın “ikinci Əfqanıstan” olmayacağına dair güclü siqnal verib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini NBC sitat gətirib.

“Bu, bu gün Ukraynanı gücləndirəcək mühüm yardımdır. Bu, Kremlə mühüm siqnaldır ki, “ikinci Əfqanıstan” olmayacaq və ABŞ Ukraynanın yanında qalacaq, ukraynalıların himayəsində qalacaq, dünyada demokratiya və azadlığı müdafiə edəcək. Bu, ABŞ-ın geri qaytardıqları liderlik mövqeyinin təzahürüdür”, – deyə Zelenski bildirib.

O, həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar yardımı “xırda-xırda işlərə sərf edilməməlidir”. Buraya Ukrayna Silahlı Qüvvələrində çatışmayan nadir silah növləri daxil edilməlidir.