Ukrayna ilə bağlı növbədənkənar iclas elan edilibbackend

Ukrayna ilə bağlı növbədənkənar iclas elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 1 -də Brüsseldə NATO -Ukrayna Şurasının növbədənkənar iclası keçiriləcək.

NOCOMMENT.az bildirir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa X sosial şəbəkəsində məlumat verib.

“Biz birgə addımlar üzrə diqqət mərkəzində olan müzakirəni səbirsizliklə gözləyirik. Biz NATO-ya və Ukraynaya güclü dəstək verməyə davam edən bütün müttəfiqlərə minnətdarıq”, – o yazıb.

Görüşün Ukrayna tərəfinin xahişi ilə baş tutacağı qeyd edilir.

Daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, atəşkəsdən sonra təhlükəsizlik təminatlarının təmin edilməsi çərçivəsində Avropanın Ukrayna ərazisinə qoşun yeritmək üçün “olduqca aydın planı” var. Lakin Yunanıstan bu təşəbbüslərdə iştirak etməkdən imtina edib.