Ukrayna indiyədək nə qədər əsgərini itirib? – RƏSMİ AÇIQLAMAbackend

Ukrayna indiyədək nə qədər əsgərini itirib? – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Münaqişənin əvvəlində Ukrayna ordusunda orta hesabla gündə 100 ölüm var idi. Ancaq rus ordusunda ilk 20-30 gündə sutkada 1000 hərbçi ölürdü. İndi bu rəqəm 200-300-dür. Bu da az deyil. Yalnız bu gün artilleriya çox yaxşı işlədiyindən 600 nəfər rus əsgəri ölüb”.

NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

O, etiraf edib ki, genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna 10 minə yaxın əsgərini itirib.

Bu kontekstdə müşavir “Ukraynaya çox yavaş templə silah ötürən” Qərb müttəfiqlərini tənqid edib.

“Əgər bizim artilleriya üçün üç dəfə çox mərmimiz olsaydı, Rusiyanın bu dəhşətli hücumları ilə bağlı problemləri çox tez və səmərəli şəkildə həll edərdik”, – Arestoviç vurğulayıb.