Ukrayna lideri Zelenskidən Si Cinpinə açıq dəvətbackend

Ukrayna lideri Zelenskidən Si Cinpinə açıq dəvət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Çin Xalq Respublikasının sədri Si Cinpini ölkəsinə dəvət edərək, “Sini burada görməyə hazırıq” deyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Nyu-Yorkda yerləşən “Associated Press” (AP) xəbər agentliyinə danışıb.

Çin prezidenti Si Cinpini Ukraynaya dəvət edən Zelenski Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl onunla danışıqlar apardıqlarını bildirib.

Çin Xarici İşlər Nazirliyinin Ukraynadakı müharibənin siyasi həlli ilə bağlı dərc etdiyi 12 bəndlik sənədə toxunan Zelenski qeyd edib:

“Si Cinpini burada görməyə hazırıq. Mən onunla danışmaq istəyirəm. Onunla müharibədən əvvəl danışmışam, lakin müharibə müddətində, təxminən bir ildən çoxdur ki, əlaqə saxlamadıq”.

NOCOMMENT.AZ