Ukrayna liderinin ötənilki gəliri açıqlandıbackend

Ukrayna liderinin ötənilki gəliri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski əmlak, gəlir, xərclər və maliyyə öhdəlikləri bəyannaməsini təqdim edib. Zelenski və ailə üzvləri 2019-cu il ərzində 1 milyon ABŞ dollarından çox qazanıb.

NOCOMMENT.az RİA Novosti-yə istinadən xəbər verir ki, Ukrayna liderinin mətbuat xidmətinin məlumatına görə, 2019-cu ildə dövlət başçısının və ailəsinin gəlirləri 28 602 468 qrivna (təxminən 1,06 milyon ABŞ dolları) təşkil edib.

Məlumatda 2019-cu ilin may ayından etibarən Zelenskinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı və yalnız Dövlət İdarəçiliyindən maaş aldığı qeyd edilib. Dövlət başçısının 2019-cu ilin may-dekabr ayları üzrə maaşının məbləği isə 208 787 qrivna (demək olar ki, 7,8 min ABŞ dolları) təşkil edib.

Qeyd edək ki, ötən il Zelenski ailəsi ölkə büdcəsinə 3,6 milyon qrivna vergi ödəyib.

Zelenski daha əvvəl bildirib ki, prezident vəzifəsinin məsuliyyəti və insanların həyatını yaxşılaşdırmağa kömək etmək imkanı onun xoşuna gəlir.