Litva NATO-nun iyulda keçiriləcək sammitində Ukraynaya daha çox kollektiv dəstəyi qəbul edəcəyini gözləyir. Ukrayna Litvadan iki NASAMS zenit-raket kompleksi alacaq .
NOCOMMENT.az xəbər verir ki, bu barədə Litva Prezidenti Qitanas Nauseda “Twitter”də məlumat verib.
“Litva Ukraynaya veriləcək iki NASAMS buraxılış qurğusu alıb. Hava hücumundan müdafiə Ukraynanın işğalçıya qarşı mübarizəsində əsas amildir”, – Nauseda vurğulayıb.
Eyni zamanda, Litva dövlətinin başçısı Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) iyulda Vilnüsdə keçiriləcək sammitində Ukraynanı dəstəkləmək üçün daha kollektiv qərarlar gözləyir.
NOCOMMENT