Ukrayna MDB-yə olan borclarını ödəməkdən imtina edibbackend

Ukrayna MDB-yə olan borclarını ödəməkdən imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hakimiyyəti Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrə borclarını ödəməkdən imtina edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Sergey Lebedev danışıb.

Beynəlxalq struktur rəhbərinin sözlərinə görə, Ukrayna hələ də de-yure beynəlxalq təşkilatın üzvü olaraq qalır. Buna baxmayaraq, Kiyev bir neçə ildir ki, təşkilatın vahid büdcəsinə vəsait qoymur, buna görə də ona borc yığılıb.

“Ukrayna borclarını ödəməkdən imtina edib. Ancaq düşünmürəm ki, ondan çıxacağı təqdirdə bu borcların ödənilməsini tələb edəcəklər”, – Lebedev vurğulayıb.