Ukrayna məhkəməsi keçmiş baş nazir müavini Aleksey Çernışova tətbiq edilmiş şəxsi öhdəliklər tədbirini iki ay müddətinə uzadıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna telekanalı “Obşçestvennoye”-nin Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, keçmiş baş nazir müavini ölkəni icazəsiz tərk edə bilməyəcək. Həmçinin ona işdəki digər şübhəlilər və şahidlərlə əlaqə saxlamaq qadağan edilib. Kanalın məlumatına görə, Çernışov əvvəllər artıq 120 milyon qrivna (təxminən 2,9 milyon ABŞ dolları) məbləğində girov qoyub.