Ukrayna məhkəməsi Donetsk Xalq Respublikasının (DXR) rəhbəri Denis Puşilini qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.
NOCOMMENT.az xəbər verir ki, müvafiq mesaj Ukrayna Baş Prokurorluğunun Telegram kanalında dərc olunub.
İdarədən bildirilib ki, Puşilin Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə və Rusiya hakimiyyəti ilə əməkdaşlıqda ittiham olunur.
Prokurorluq izah etdi ki, ittiham DXR rəhbərinin respublikanın Rusiyaya birləşməsi ilə bağlı referendum keçirmək əmri ilə əlaqədar irəli sürülüb .