Ukrayna milli müqavimət üçün təlim mərkəzləri yarada bilərbackend

Ukrayna milli müqavimət üçün təlim mərkəzləri yarada bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 2-də Ukrayna Ali Radasında həm kişilərin, həm də qadınların təlim keçməsini nəzərdə tutan “Milli müqavimət haqqında” qanun layihəsi qeydə alınır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini İrina Vereşuk özünün Telegram-kanalında məlumat verib.

Onun sözlərinə görə, sənəd təhsil proqramları çərçivəsində olduğu kimi könüllü təhsili də nəzərdə tutur. Təlim bütün ölkə ərazisində yerləşdirilməsi planlaşdırılan təlim mərkəzlərində keçiriləcək. Mərkəzlərin rəhbərləri və təlimatçıları döyüş təcrübəsi olan veteranlar olacaq.

Vereşçuk vurğulamışdır ki, təlim mərkəzləri dövlət və yerli hakimiyyət orqanlarının, hərbi hissələrin və ictimai təşkilatların əmlakından istifadə etmək, eləcə də atıcılıq tirləri yaratmaq və təlim məqsədləri üçün odlu silahdan istifadə etmək hüququna malik olacaqlar.