Ukrayna missiyası Vaşinqtonda raket məsələsini müzakirə edəcəkbackend

Ukrayna missiyası Vaşinqtonda raket məsələsini müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə Rusiyanın ərazisinə zərbələr üçün uzunmənzilli silahların istifadəsinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasına açıq olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Wall Street Journal (WSJ) ABŞ administrasiyası və Kiyev mənbələrinə istinadla yazır.

Nəşrə görə, Zelenski amerikalı həmkarından uzunmənzilli raketləri və onların Rusiya ərazisinə tətbiqinə icazə istəmişdir. Tramp bu imkanla bağlı etiraz etməyib, lakin mənbələrin sözlərinə görə, hələ yekun qərar qəbul etməyib.

WSJ qeyd edir ki, gələn həftə Ukrayna missiyası ABŞ Müdafiə Naziri Pit Heqset və Pentaqonun siyasət üzrə müavini Elbric Kolbi ilə bu məsələləri müzakirə etmək üçün Vaşinqtonu ziyarət edəcək. Qeyd edilir ki, məhz bu rəsmilər 2025-ci ilin yazından ATACMS raketlərinin istifadəsini bloklayıblar.