Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirskiy Baxmut istiqamətində irəlilədiklərini iddia edib.
NOCOMMENT.az xəbər verir ki, Sırski sosial media hesabında şərq cəbhəsindəki vəziyyəti dəyərləndirib.
Baxmut istiqamətində rusları məhv etməyə davam etdiklərini ifadə edən Sırski, “Müdafiə qüvvələrimiz irəliləyir. Biz onları yerdən və havadan vururuq” deyə açıqlama verib.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar da sosial media hesabında Ukrayna qoşunlarının bu gün şərq cəbhəsində əks-hücum əməliyyatları keçirdiyini bildirib.
NOCOMMENT.AZ