Ukrayna müharibənin dondurulması təklifinin qəbul edilməyəcəyini vurğuladıbackend

Ukrayna müharibənin dondurulması təklifinin qəbul edilməyəcəyini vurğuladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Çinin Avrasiya məsələləri üzrə xüsusi elçisi Li Hui ilə görüşündə Ukraynanın müharibənin dondurulması ilə bağlı heç bir təklifi qəbul etməyəcəyini vurğulayıb.

NOCOMMENT.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada nazir Kulebanın mayın 16-17-də Ukraynanın paytaxtı Kiyevə səfər edən Li Hui ilə görüşdüyü bildirilib.

Görüşdə Ukrayna və Çin arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçini n Rusiyanın təcavüzünün dayandırılması yolları da müzakirə olunub.

Nazir Kuleba Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanan davamlı və ədalətli sülhün bərpası prinsipləri haqqında Lini ətraflı məlumatlandıraraq Ukraynanın ərazisinin itirilməsini və ya müharibənin dondurulmasını nəzərdə tutan heç bir təklifi qəbul etməyəcəyini vurğulayıb.

Açıqlamada Kulebanın Ukraynanın sülh formulu, Qara Dəniz Taxıl Təşəbbüsü, nüvə təhlükəsizliyinin təmin edilməsi və digər mühüm beynəlxalq səylərin həyata keçirilməsində Çinin iştirakının vacibliyinə diqqət çəkdiyi vurğulanıb.

NOCOMMENT.AZ