Ukraynalı televiziya aparıcısı və jurnalist Dmitri Qordon növbəti sensasion açıqlama ilə çıxış edib.
NOCOMMENT.az xəbər verir ki, o, dekabrın 30-da baş verəcək mühüm bir görüşün Ukrayna müharibəsini sona çatdıracağını iddia edib.
Qordonun sözlərinə görə, bu tarix xüsusi əhəmiyyət daşıyır:
“Dekabrın 30-da nəsə böyük bir hadisə baş verməlidir. Mən bunu hələlik səsləndirmək istəmirəm. Amma bu tarixdə kimsə kiminləsə görüşəcək. Bu görüşdən sonra çox maraqlı bir dövr başlayacaq”.
Dmitri Qordon Ukraynada tanınmış jurnalist, televiziya aparıcısı və analitikdir. O, Ukrayna kəşfiyyatına və prezident Volodimir Zelenskiyə yaxın şəxs kimi tanınır. Qordonun adətən xüsusi məlumatlara çıxışı olduğu və bu səbəbdən verdiyi açıqlamaların təsadüfi olmadığı bildirilir.
Onun Ukraynadakı hadisələrə dair öncəki proqnozları dəfələrlə gerçəkləşib. Bu səbəbdən, bəzi analitiklər Qordonun dekabrın 30-da baş verəcəyini dediyi hadisənin vacib əhəmiyyət daşıdığını düşünür. Əgər bu tarixdə müharibənin sona çatacağı reallaşmasa belə, onun açıqlamalarının yanvarın 30-da və ya yaxın gələcəkdə təsdiqlənmə ehtimalı var.
Dmitri Qordon son 7-8 ay ərzində Ukrayna müharibəsinin “isti fazasının” 2024-cü ildə başa çatacağını dəfələrlə vurğulayıb. Onun bu açıqlamaları xüsusi məlumatlara əsaslandığı üçün ciddiyə alınır və cəmiyyətdə böyük maraq doğurur.
Dünyanın diqqəti indi dekabrın 30-da baş verəcək hadisələrə yönəlib. Görəsən, Qordonun proqnozları bu dəfə də özünü doğruldacaqmı? Vaxt hər şeyi göstərəcək.\\Musavat.com