Ukrayna müharibəsi uzanır: itkilər artır, ordu çatışmırbackend

Ukrayna müharibəsi uzanır: itkilər artır, ordu çatışmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müharibənin uzanan mərhələsinə daxil olur və vəziyyət getdikcə daha mürəkkəb xarakter alır.

NOCOMMENT.az xəbər verir ki, “The Times” nəşri ölkənin həm cəbhədə, həm də daxildə artan problemlərlə üzləşdiyini yazır.

Məlumata görə, tərəflərin heç biri həlledici irəliləyiş əldə edə bilmir. Ukrayna ordusu yalnız məhdud taktiki uğurlar qazanır, genişmiqyaslı hücum ehtimalı isə aşağı qiymətləndirilir.

Prezident Volodimir Zelenski 2022-ci ildən bəri 55 min hərbçinin öldüyünü açıqlasa da, Qərb rəsmiləri real itkilərin daha yüksək ola biləcəyini düşünür.

Nəşr iddia edir ki, Ukrayna ordusunda canlı qüvvə çatışmazlığı problemi dərinləşir. Sosial şəbəkələrdə hərbi komissarlıqların əməkdaşları ilə vətəndaşlar arasında qarşıdurmaları əks etdirən videolar yayılır.

Sülh danışıqları da ciddi nəticə verməyib. Birbaşa təmasların üç raundu yalnız enerji infrastrukturuna zərbələrin qısa fasiləsi və əsir mübadiləsi ilə yekunlaşıb.