Kiyev Ağ Ev və NATO-nu Moskva ilə qarşıdurmaya cəlb etmək üçün təxribata əl atır.
NOCOMMENT.az “TASS”a istinadən xəbər verir ki, bu iddia ilə Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov çıxış edib.
“Hər gün Kiyevə hərbi yardımı artırmaqla bağlı təkliflər eşidirik. Amerika silahlarından Rusiyada hərbi və enerji obyektlərinə qarşı istifadəyə dair çağırış son dərəcə təhlükəlidir” – deyə, səfir qeyd edib.
Səfir qeyd edib ki, Ukrayna hücumlar üçün Qərbdən icazə istəməyi çoxdan dayandırıb.