Ukrayna NATO-nun Vaşinqton sammitindən nə gözləyir?backend

Ukrayna NATO-nun Vaşinqton sammitindən nə gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 9-11-də Vaşinqtonda keçirilməsi planlaşdırılan NATO sammitində Ukraynanın alyansa dəvət edilməsi ilə bağlı qərar qəbul edilməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə respublikanın qurumdakı daimi nümayəndəsi Natalya Qalibarenko “Ukrinform” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, NATO-da Ukraynanın hərbi bloka daxil olması ilə bağlı siyasi konsensus yoxdur, o zaman 32 üzv dövlətin hər biri belə bir dəvətə “hə” deməlidir.

Qalibarenko əlavə edib ki, Ukraynanın NATO-ya üzvlük perspektivi bu ölkədə münaqişə başa çatdıqdan sonra reallaşacaq, ona görə də Kiyev tərəfdaşlarını blokdakı gələcəyi ilə bağlı qərar qəbul etməyə sövq edəcək.