Ukrayna NATO standartlarına uyğun mərmilər istehsal etməyə başlayıbbackend

Ukrayna NATO standartlarına uyğun mərmilər istehsal etməyə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna 155 mm-lik artilleriya mərmiləri istehsalına başlayıb”.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Ukroboronprom”un keçmiş rəhbəri və Ukraynanın keçmiş strateji sənaye naziri Aleksandr Kamışin bildirib.

“Çox şey deyə bilmərəm, amma biz özümüzün 155 mm-lik top mərmilərinin istehsalına başlamışıq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, 155 mm-lik sursat NATO standartıdır və dünyanın bir çox ölkəsinin artilleriya qurğularında istifadə olunur.