Ukrayna nə qədər əsgər itirib? – Zelenski məşhur nəşrin iddiasını YALANLADIbackend

Ukrayna nə qədər əsgər itirib? – Zelenski məşhur nəşrin iddiasını YALANLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə Ukraynanın əsgər itkisi ilə bağlı ABŞ-nin “The Wall Street Journal” nəşrinin iddialarını təkzib edib. 

NOCOMMENT.az xatırladır ki, sentyabrın 17-də Amerikanın “The Wall Street Journal” qəzeti 2022-ci ilin fevralından 2024-cü ilin əvvəlinə qədər müharibədə 80 min ukraynalı hərbçinin həlak olması, 400 min nəfərin isə yaralanması haqqında xəbər yayıb. Qəzet Rusiya tərəfinin itkilərinin daha çox olduğunu, ölənlərin sayının təxminən 200 000-ə, yaralıların isə sayının təxminən 400 000-ə çatdığını iddia edib.

 Ukrayna tərəfinin itkiləri ilə bağlı iddialara cavab verən prezident Zelenski Qərb jurnalistlərinin verdiyi rəqəmlərin reallığı əks etdirmədiyini bildirib. Dövlət başçısı müharibədə Ukraynanın itkilərinin daha az olduğunu qeyd edib: “Ukrayna Silahlı Qüvvələrinin müharibədə artıq 80 min hərbçi itirdiyi barədə məlumatlar yalandır. Real rəqəm əhəmiyyətli dərəcədə azdır”.\\sfera.az