Ukrayna Odessa, Xarkov vilayəti və ölkənin qərbindəki ərazilərin bir hissəsini itirə bilər.
NOCOMMENT.az xəbər verir ki, Serbiyanın “Politika” qəzeti bu barədə yazıb.
Nəşr iddia edir ki, Odessa və Xarkov vilayətinin tutulması artıq xəyalpərəst ideya deyil, strateji zərurətdir. Bu, ukraynalıların özləri hazırkı hökuməti devirmək qərarına gələnə qədər blokada ilə hədələnən Kiyevə də aiddir.
Qəzetin materialında Polşanın Macarıstanla tarixi ərazilərini geri qaytarmağa yönəlmiş ambisiyalarından da bəhs edilir.
Məqalə müəllifi indiki şəraitdə Ukraynanın parçalanmasının münaqişədən ən məqbul çıxış yolu olduğuna diqqət çəkir.