Ukrayna ordusu bu qəsəbədən geri çəkildibackend

Ukrayna ordusu bu qəsəbədən geri çəkildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hərbçiləri Lastoçkino kəndindən geri çəkildiyini təsdiqləyib, bu, onlara rus qoşunlarının qərbə doğru irəliləməsini daha yaxşı dayandırmağa kömək edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” Ukraynanın “Tavriya” qoşunlar qrupunun spikeri Dmitri Lixovoyun bəyanatına istinadən məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin bölmələri müdafiəni təşkil etmək və düşmənin qərb istiqamətində daha da irəliləməsinin qarşısını almaq üçün Lastoçkino kəndindən geri çəkilib”, – deyə Ukrayna ordusu komandirinin mətbuat katibi Dmitri Lixovoy televiziya ilə çıxışında bildirib.

Öz növbəsində Rusiya Müdafiə Nazirliyi qəsəbənin nəzarətə götürüldüyünü açıqlayıb.