Ukrayna ordusu İlan adasını ruslardan azad etdi – AÇIQLAMAbackend

Ukrayna ordusu İlan adasını ruslardan azad etdi – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin hərbi əməliyyatı nəticəsində Rusiya Federasiyası öz qoşunlarını əvvəllər işğal olunmuş İlan adasından çıxarmağa məcbur olub. Hazırda adada hərbçi yoxdur.

NOCOMMENT.az xəbər verir ki, bunu cümə axşamı, iyunun 30-da Müdafiə Nazirliyində keçirilən brifinqdə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov deyib.

Onun sözlərinə görə, artıq əraziyə nəzarət edən Ukrayna ordusu öz bölmələrini ora yerləşdirməyə hazırlaşır.

“Düşmən adanı tərk etdi, biz onu buna məcbur etdik. İndi bizim hərbçilərimiz adada deyil, amma olacaq, səbr edin”, – Qromov bildirib.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı ada üzərində fiziki nəzarət qurmaq niyyətindədir.

“Hazırda biz onu silahlarımızla idarə edirik”, – Qromov vurğulayıb.

Əməliyyat gecə saatlarında aparılıb, Ukrayna qoşunları adaya hücum edib, bundan sonra rus işğalçıları oranı tərk ediblər.

Ukrayna döyüşçüləri tərəfindən İlan adasının azad edilməsi Qara dənizin bu hissəsində Rusiyanın nəzarətini itirməsinə səbəb olub. Bu, Ukrayna Silahlı Qüvvələri üçün böyük qələbə sayılır, çünki işğalçı qüvvələr adadan Ukraynaya qarşı silah kimi istifadə etmək istəyirdilər.

Hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenkonun sözlərinə görə, bu günə qədər Ukrayna Silahlı Qüvvələri Qara dənizin blokadadan çıxarılmasının birinci mərhələsini başa çatdırıb.