Ukrayna ordusu Luqanskda daha 6 məntəqəni geri aldıbackend

Ukrayna ordusu Luqanskda daha 6 məntəqəni geri aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hərbçiləri Luqansk vilayətində 6 yaşayış məntəqəsini ruslardan azad edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının sədri Sergey Qayday məlumat yayıb.

“Ukrayna qoşunları Luqansk vilayətində 6 yaşayış məntəqəsini azad edib. Rusiyanın 2014-cü ildə zəbt etdiyi ərazilərdən olan insanlar Ukrayna Silahlı Qüvvələrini gözləyirlər”, – Qayday bildirib.

Qayday hazırda işğal altında olan Luqansk vilayətinin sakinlərinə cəbhə xəttindən uzaqlaşmağı və ya sığınacaqlara yaxın olmağı tövsiyə edib.