Ukrayna ordusu Qazaxıstandan hərbi məhsullar almağa hazırlaşırbackend

Ukrayna ordusu üçün Qazaxıstandan hərbi məhsullar almağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrspetsexport” şirkəti Qazaxıstanla Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün komponentlərin alınması ilə bağlı danışıqlar aparır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ukraynalılara SU-24 və MiQ-29 təyyarələrinə PGK-10 paraşüt əyləc sistemləri üçün komponentlər verilə bilər.

Mənbə əlavə edib ki, TOO Navico, BSKey company, TOO IGT və IA Syzdykov T.S. şirkətləri Astanada qeydiyyatdan keçib.

Mənbə qeyd edir ki, ola bilsin Qazaxıstan çoxvektorlu siyasətə sadiq qalaraq, bununla da Qərv və onun qeyd etdiyi kimi, respublikanın təhlükəsizliyinin əsas təminatçısı olan Rusiya ilə dialoqda Ukrayna ətrafındakı vəziyyətlə bağlı bərabər məsafəli mövqe tutmağa çalışır.

“Ancaq böyük risk göz qabağındadır: xəyali dividendlər üçün Moskva ilə ittifaqı gözdən salmaq və Qazaxıstan üçün çox faydalı olan Rusiya ilə iqtisadi əməkdaşlığa xələl gətirmək olar”, – deyə mənbə vurğulayıb.