Ukrayna ordusu Rusiyanın bu vilayətini atəşə tutdubackend

Ukrayna ordusu Rusiyanın bu vilayətini atəşə tutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətini sutka ərzində ikinci dəfə atəşə tutub.

NOCOMMENT.az xəbər verir ki, Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz öz Telegram kanalında Sopıçi kəndinin Ukrayna tərəfdən atəşə tutulması barədə məlumat verib.

“Ukrayna Silahlı Qüvvələri Poqarski rayonunun Sopıçi kəndini atəşə tutub”, – məlumatda deyilir.

Rayon rəhbəri əlavə edib ki, hadisə nəticəsində insan tələfatı olmasa da, bir ailəyə qismən ziyan dəyib. 

Bundan əvvəl, dekabrın 28-də Boqomaz Suzemki kəndinin atəşə tutulduğunu açıqlamışdı. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri 15-dən çox mərmi atıb.

Qubernator onu da bildirib ki, Bryansk vilayətinin Suzemski rayonunun Zernovo kənd sakini Ukrayna Silahlı Qüvvələrinin atəşi zamanı yaralanıb. Bundan əlavə, o, Zernovoda mülki hədəflərə 30-dan çox mərmi atıldığını bildirib.