Ukrayna ordusu Rusiyanın bu vilayətini atəşə tutdubackend

Ukrayna ordusu Rusiyanın bu vilayətini atəşə tutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Rılski rayonunun Qorodişçe kəndi ərazisinə hücum edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə vilayət rəhbəri Roman Starovoyt Telegram kanalında bildirib.

“Rılski rayonunun Qorodişçe kəndi Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub”, – qubernatorun postunda deyilir.

Onun sözlərinə görə, atəş nəticəsində elektrik xətləri zədələnib, yerli sakinlərdən xəsarət alan olmayıb.

Starovoyt qeyd edib ki, fövqəladə hallar xidmətləri təhlükəsizliyi təmin etdikdən dərhal sonra bərpa işlərinə başlayacaq.