Ukrayna ordusu rusları dəf edibbackend

Ukrayna ordusu rusları dəf edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu şərq cəbhəsində bəzi istiqamətlərdə rusları dəf edib.

NOCOMMENT xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna qüvvələrinin ölkənin şərq cəbhəsində bəzi istiqamətlərdə rus qoşunlarını geri itələdiyini bildirib.

Zelenski sosial media hesabında verdiyi açıqlamada Ali Baş Komandanın Qərargahının iclasını keçirdiklərini bildirib.

İclasda Ukrayna Quru Qoşunları və Şərq Qüvvələrinin komandanı Aleksandr Sirskinin çıxış etdiyini qeyd edən Zelenski, “Qoşunları böyük səylə düşməni dayandıran, hətta bəzi istiqamətlərdə onları geri itələyən Sirskinin hesabatını dinlədik. ” ifadəsini işlədib.

Zelenski qeyd edib ki, görüşdə Tavriya, Odessa və Şimal bölgələrinin müdafiə qüvvələri komandirləri də müvafiq cəbhələrdə mövcud vəziyyət barədə məlumat veriblər və bu bölgələr nəzarət altındadır. Görüşdə Ukrayna ordusunun prioritet ehtiyaclarını müəyyən etdiklərinə diqqət çəkən Zelenski, “Yeni yaradılan briqadaların texnika və sursatla təchiz olunması ilə bağlı məlumat aldıq” deyib.

Zelenski vurğulayıb ki, görüşdə Ukrayna Baş Qərargah rəisi Valeri Zalujnı, Ukraynanın müdafiə naziri Aleksii Reznikov və digər nazirlər mühüm hesabatlar təqdim ediblər. Ukrayna prezidenti Zelenski qeyd edib ki, onlar həm də sursat və raketlərin tədarükü ilə bağlı bütün uzunmüddətli müqavilələrə nəzarət edirlər.