Ukrayna Müdafiə Naziri Rüstəm Umerov ordunu müasir pilotsuz sistemlərlə genişləndirmək üzrə böyük planlar elan edib.
NOCOMMENT.az xəbər verir ki, “Strana.ua” nəşrində dərc olunan açıqlamaya əsasən, bu il Ukrayna Silahlı Qüvvələri 4 milyondan çox müxtəlif tipli dronlar almalıdır.
Təchizatda xüsusi diqqət rusiyanın hücum dronlarına qarşı xüsusi hazırlanmış yeni dron-interseptorlara yönəldiləcək. Umerov bildirib ki, belə sistemlərin ilkin sınaqları “Geran-2” tipli dronların yüksək effektivliyini uğurla neytrallaşdırdığını göstərib.