Ukrayna ordusuna aid hərbi hava limanlarındakı hədəflərə hücumbackend

Ukrayna ordusuna aid hərbi hava limanlarındakı hədəflərə hücum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukrayna ordusuna məxsus hərbi hava limanlarında hədəflərə uzaqmənzilli yüksək dəqiqlikli silahlarla hücumların həyata keçirildiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Konaşenkov paytaxt Moskvada Rusiya-Ukrayna müharibəsində Rusiya hərbi qüvvələrinin hədəfləri ilə bağlı açıqlamalar verib.

Rusiya ordusunun Ukraynada hücumlarını davam etdirdiyini qeyd edən Konaşenkov, “Rusiya Silahlı Qüvvələri gecə saatlarında düşmənin hava limanlarında olan hədəflərə havadan uzaqmənzilli yüksək dəqiqlikli silahla hücum təşkil edib” deyə açıqlama verib.

NOCOMMENT.AZ